18 mart 2010 15:05
Braziliya yığmasının hücumçusu narkomafiya ilə əlbir olub? (FOTO)
Braziliya yığması və Flamenqonun məşhur hücumçusu Adriano məhkəmə qarşısına çıxacaq. Azerisport.az braziliya mətbuatına istinadla xəbər verir ki, futbolçu narkomafiya ilə əlbir olmaqda günahlandırır.
Rio de Jeneyru baş polis idarəsinin rəhbəri Aleşandr Murilyo Graça bildirib ki, bir müddət Adriano iki motosikl alıb və bu motosikllərdən biri narkotik alverçisinin anasının adına qeydiyyatdan keçirilib. Adriano da məhz buna aydınlıq gətirməlidir.
