18 mart 2010 15:34
Pokora Azərbaycanı tərk etdi
Simurqun baş məşqçisi Roman Pokora bir neçə günlüyə Ukraynaya yollanıb. Azerisport.az klubu rəsmi saytına istinadla xəbər verir ki, martın 17-də vətəninə yola düşən mütəxəssis iki gün ərzində Ukrayna Futbol Federasiyasında təşkil olunacaq kurslara qatılacaq və "Pro" məşqçi lisenziyasının vaxtını uzadacaq. Pokora martın 19-da Zaqatalaya gələcək. Bu müddətdə məşqləri məşqçi Vladimir Figel keçəcək.
