18 mart 2010 16:34

Erməni ki, erməni, yaxud Amoyanın bəxti necə gətirdi?

Armsport.am saytı Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) bəyanatını dərc edib. Onun tam mətnini nəzərinizə çatdırırıq.

“MOK-un ən vacib strateji məqsədlərindən biri erməni idmançılarının reytinq yarışlarında iştirakını təmin etməkdir. Bu addım yaxınlarda Sinqapurda keçiriləcək Gənclərin Olimpiya oyunlarında daha çox idmançı ilə təmsil olunmaq üçün atılıb.

Aprelin 13-18-i aralığında Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatı reytinq yarışı olmadığından, MOK güləşçilərin bu yarışa qatılmaması ilə bağlı qərar verib.

Yunan-Roma güləşi üzrə Ermənistan yığma komandası Yerevanda keçirilən Dünya Kuboku yarışlarında uğurlu nəticədən sonra Moskvada baş tutacaq qarşıdakı dünya çempionatına hazırlığa başlayıb” – deyə bəyanatda bildirilib.

Azerisport.az xəbər verir ki, ilk baxışdan idman xarakterli, siyasətdən uzaq təsiri bağışlayan bu bəyanatda maraqlı məqamlar tapmaq olar. Məsələn, dünən Ermənistan Güləş Federasiyası AÇ-dən imtinanı DÇ-yə daha yaxşı hazırlaşmaq məqsədi ilə əlaqələndirmişdi. Bu gün isə MOK hansısa reytinqdən danışır.

Əslində isə bu addım nə reytinq, nə də DÇ ilə bağlıdır. Sadəcə, Ermənistan idmançıları Azərbaycana gəlib məğlubiyyətlə üzləşməkdən qorxurlar. Hər halda, hər bir idmançının həyatında mühüm hadisələrdən olan Avropa birinciliyindən imtina ilə bağlı başqa səbəblərin gətirilməsi çox gülməli görünür. Məgər, bu yarışda iştirak edəcək Azərbaycan və ya, məsələn, Ukrayna güləşçiləri Dünya çempionatında da uğur qazanmaq istəmirmi? Bu iki yarışın bir-birinə hansı maneçiliyi ola bilər? Bu suala güləş mütəxəssislərinin cavab verməsi daha düzgün olardı, amma bir nüfuzlu yarışın digər nüfuzlu yarışa hazırlığa mane olduğunu ilk dəfə ermənilərdən eşitdik.

Digər tərəfdən, erməni ki, erməni. Onların belə gülünc bəyanatlarına öyrəncəliyik.

Amma bu işdə ən çox Rövşən Bayramovla prinsipial mübarizəsi olan Roman Amoyanın bəxti gətirdi. Hər halda, AÇ-dən sonra şəxsi duellərdə hesabın 6:1 pəhləvanımızın xeyrinə olacağına heç kəs şübhə etmirdi. Elə Amoyan özü də…

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.