18 mart 2010 00:23
Futbol ulduzu maşınla adam vurdu
Çelsinin və İngiltərə milli komandasının müdafiəçisi Con Terri yol qəzasına uğrayıb. Azerisport.az Reuters agentliyinə istinadla xəbər verir ki, futbolçu İnterlə Çempionlaq Liqasının cavab qarşılaşmasından (0:1) sonra “Stemford Bric” stadionunun ərazisini tərk edərkən, avtomobillə arenanın əməkdaşını vurub. Qəza nəticəsində həmin şəxsin ayağı sınıb.
Futbolçu bu barədə sonradan öyrənib və özü polisə müraciət edərək, həmin şəxsə xəstəxanada baş çəkmək istəyib.
