19 mart 2010 01:11
Simurqda bir itki
Simurqun müdafiəçisi Kaxaber Çxetiani "Unibank" Premyer Liqasının 24-cü turunda Olimpik-Şüvəlanla oyunda meydançaya çıxa bilməyəcək. Azerisport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu Karvanla son qarşılaşmada mövsümdə 4-cü sarı vərəqəsini alıb və reqlamentə əsasən bir oyunu buraxmalıdır.
