19 mart 2010 13:46
Vüsal Əliyevin səhv etdiyi təsdiqləndi
Bu gün AFFA Nizam İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, iclasda XL - Qarabağ oyununa və hakim Vüsal Əliyevin səhvinə də toxunulub. Beləcə matçın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edilib və bu səbəbdən də Rəşad Sadiqova göstərilmiş qırmızı vərəqə sarı vərəqə ilə əvəzlənib.
