19 mart 2010 13:56
DÇ iştirakçısı yığmamıza qarşı
Mayın 26-da Avstriyada Azərbaycan və Moldova milli komandası arasında planlaşdırılan yoldaşlıq oyunu keçirilməyəcək. Buna səbəb Moldova millisinin təlim-məşq toplanışını Avstriyada keçirməməsidir.
Qeyd olunan tarixdə milli komandamızın Kamerun yığması ilə yoldaşlıq oyunu keçirməsi üçün AFFA tərəfindən danışıqlar aparılır. (AFFA)
