19 mart 2010 14:45
Mahir Şükürovun klubu cəzalanacaq
Rusiya Futbol İttifaqı (RFİ) Anji klubunu cəzalandıracaq. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu mövsümöncəsi toplanışların birində Bolqarıstan komandası Slaviya ilə görüşdə meydançanı vaxtından əvvəl tərk etdiyi üçün cəzaya məruz qalacaq. Məlumatı Rusiya mətbuatı yayıb.
Xatırladaq ki, Anji – Slaviya oyununda ukraynalı hakimlərin idarəçiliyindən narazı qalan dağıstanlılar oyunun sona çatdırmaqdan imtina etmişdilər. RFİ hətta Ukrayna Futbol Federasiyasına məktub yarazaq üzrxahlığını da çatdırıb.
Nəzərinizə çatdıraq ki, həmin qarşılaşmada həmyerlimiz Mahir Şükürov da iştirak etmişdi.
