19 mart 2010 15:01
Ölkəmizdə futbol üzrə ilk DÇ!
FİFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan futbolu üçün əlamətdar qərar qəbul olunub. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında futbol üzrə dünya çempionatının final mərhələsi ölkəmizdə keçiriləcək.
Xatırladaq ki, bu məsələ ilə bağlı AFFA öz namizədliyini irəli sürmüş, tenderdə iştirak etmək üçün tələb edilən sənədlər FİFA-ya təqdim olunmuşdu.
