19 mart 2010 17:09
“Bu, böyük uğurdur"
AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi barədə qərarı yüksək qiymətləndirib.
“Bu, böyük uğurdur. Demək olar ki, bu, futbol tariximizdə ən böyük tədbirlərdən biri olacaq. Çünki dünya çempionatının final mərhələsi Bakıda keçiriləcək. Bu bir daha göstərir ki, Azərbaycan inkişaf edir. Əgər bu gün FİFA seçimini Azərbaycanın xeyrinə edibsə, deməli, dünyanın ali futbol qurumu da bu inkişafı görür” – Azerisport.az xəbər verir ki, AFFA-nın rəsmi saytına müsahibəsində baş katib belə deyib.
