19 mart 2010 23:42
"Növbəti turlarda oyunlarımızı mərkəzi arenada keçirəcəyik"
“Unibank” Premyer Liqasının XXIV turunda Neftçi Bakını İsmət Qayıbov adına stadionda qəbul edəcək. Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, klubun vitse-prezidenti Tahir Süleymanov bu haqda fikirlərini bildirib: “Neftçi bu mövsüm ev oyunlarını həm Tofiq Bəhramov adına Respublika stadionunda, həm də İsmət Qayıbov adına stadionda keçirir. Neftçi hər zaman Tofiq Bəhramov adına Respublika stadionunu özünə doğma bilib. Flaqman ən böyük uğurların məhz bu stadionda qazanıb. Neftçinin oyunları zamanı mərkəzi arenada daim yüksək səviyyəli şərait yaradılıb. Növbəti turlarda yenidən öz oyunlarımızı mərkəzi arenada keçirəcəyik”.
