19 mart 2010 23:48
İki klubun şikayəti təmin olunmadı
Apellyasiya və Ekspert Komitəsinin bu gün keçirilən iclasında Olimpik-Süvəlan FK tərəfindən futbolçular Tərlan Xəlilov, Vüsal Qarayev və Cahangir Həsənzadəyə qarşı tətbiq edilmiş cəza, Muğan FK tərəfindən futbolçu Əkrəm Hodziçə qarşı tətbiq edilmiş cəza və Xəzər Lənkəran FK-nın “Unibank” reklam bannerlərini yerləşdirmədiyi üçün qəbul edilmiş qərarla bağlı verdikləri apellyasiya şikayətinə baxıb. Azerisport.az AFFA-ya istinadla bildirir ki, yalnız XL-in şikayəti təmin olunub.
