19 mart 2010 00:07
Qızlarımız bu dəfə məğlub oldu
Bu gün Rustavi şəhərindəki «Foladi» stadionunda qadınlardan ibarət Gürcüstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 3:1 hesabı ilə Gürcüstan millisinin xeyrinə başa çatıb.
Xatırladaq ki, bu komandalar martın 16-da da qarşılaşmış və oyun 0:0 hesabı ilə yekunlaşmışdı.
