20 mart 2010 14:55
Mahir Şükürov qırmızı aldı, komandası uduzdu (YENİLƏNDİ)
Həmyerlimiz Mahir Şükürov bu gün Rusiya Premyer Liqasında ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi Anji bu gün ikinci tur çərçivəsində Permdə yerli Amkarla qarşılaşır. Matç Bakı vaxtı ilə saat 13:00-da başlayıb və artıq bir hissə geridə qalıb. Hesab hələ ki, açılmayıb.
Təəssüflər olsun ki, start heyətində meydana çıxan Mahir heç bir hissə oynamayıb. 40 və 41-ci dəqiqələrdə iki sarı vərəqə alan həmyerlimiz komandasını pis vəziyətdə qoyub.
10 nəfərlə oynayan Anji öz qapısının toxunulmazlığını qoruya bilməyib. 75-ci dəqiqədə Amkarın futbolçusu İvan Çerençikov fərqlənib və bu qol oyunda yeganə olub. Bu, Anjinin mövsümdə ilk məğlubiyyətidir.
