20 mart 2010 15:55
Afrikalılarsız
Sabah səfərdə “Neftçi”nin qonağı olacaq “Bakı” bazar günü keçiriləcək oyununun hazırlıqlarına bu gün yekun vuracaq. Azerisport.az xəbər verir ki, oyunqabağı son məşqini İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda bu gün keçirəcək son ölkə çempionu "Neftçi" ilə oyunda 3 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Əhməd Ticani, Adnan Bərəkət və Xalidu Sissokonun “Neftçi”yə qarşı oynamayacağı dəqiqdir. Bir müddətdir zədəli olan Əhməd Ticani və Adnan Bərəkət komandadan ayrı çalışır. Xalidu Sissoko isə ümumiyyətlə məşqlərdə iştirak etmir. Hazırda özünü yaxşı hiss edən seneqallı qolkiper 2-3 gündən sonra sıraya dönəcək. (PFL)
