20 mart 2010 17:23
Şahin Diniyevin komandası 1 xal qazandı (YENİLƏNDİ)
Bakı vaxtı ilə saat 15:15-də başlanan oyunda Rusiya çempionatının ikinci turunda Terek Rostovu qəbul edir. Azerisport.az xəbər verir ki, Şahin Diniyevin çalışdığı komanda artıq 5-ci dəqiqədə Asildarovla hesabı açıb. Lakin qonaqlar 81-ci dəqiqədə Axmetoviçə hesabı bərabərləşdiriblər və matç heç-heçə başa çatıb - 1:1.
