20 mart 2010 00:04
Futbol və mafiya (FOTO)
İtaliya Futbol Federasiyası (İFF) həvəskar San-Luka klubunun futbolçularını iki oyunluq diskvalifikasiyaya məruz qoyub. Azerisport.az xəbər verir ki, belə cəzaya səbəb oyunçuların meydançaya yerli mafiozi Antonio Pellenin xatirəsini yad etmək üçün qara sarğı ilə çıxması olub.
İFF məlumat verib ki, komandanın aktivindən 3 xal çıxılıb, klub isə 600 avro məbləğində cərimələnib.
İndi San-Luka rəhbərliyini qarşıdakı iki oyun üçün heyət problemini həll etməlidir. Çünki cəzaya nə az, nə çox – düz 16 futbolçu məruz qalıb!
