Suat Usta: Qorxmazın Azərbaycanda uğur qazanmayacağına inana bilmirəm
Neftçinin türkiyəli müdafiəçisi Suat Usta azerisport.az-a müsahibəsində Bülənt Qorxmaz və Türkiyə yığması barədə danışıb.
Qorxmaz və Azərbaycan
"O öz işindən həmişə narazıdır, çünki hər zaman qələbə qazanmaq istəyir. Bülənt Qorxmaz futbolçu kimi də belə idi. Amma məncə, əvvəlki aylarla müqayisədə o, Bakıdan müəyyən qədər razı qalmalıdır. Çünki indi Bakı daha yaxşı oynayır. Burada, şübhəsiz, Qorxmazın böyük zəhməti var".
Qorxmaz və Qalatasaray
"Büləntin Türkiyədə uğur qazanmadığını deyənlərlə razı deyiləm. Ümumiyyətlə, gərə nəzərə alaq, uğur nə deyilir. Unumaq olmaz ki, o, Qalatasaray kimi böyük klubda çalışıb. Hər məşqçi bu göstərici ilə fəxr edə bilməz. Onun Azərbaycanda nəticə qazanmayacağına inana bilmirəm".
Hiddink və Türkiyə
"Qus Hiddink Çelsi ilə, Rusiya, Koreya, Avstraliya yığmaları ilə böyük nəticələr əldə edib. Çalışdığı hər yerdə uğur qazanıb. Çünki tez bir zamanda yerli qanunlara uyğunlaşır və hər kəslə dil tapır. Niyə də AÇ-2012-nin final mərhələsinə düşməsin. Məncə, Türkiyə orada olacaq".
Türkiyə və Azərbaycan
"Fikrimcə, Hiddinkə Türkiyə və Azərbaycan arasındakı münasibətləri anlatmaq lazım deyil. O, Türkiyədə işləyib və türk mədəniyyətini bilir. Onun çoxlu türkiyəli dostları var və əminəm ki, Hiddinkə Türkiyə və Azərbaycanın yaxınlığını çoxdan başa salıblar".
