21 mart 2010 01:00

Maraqsız maraqlı olanda...

“Unibank” Premyer Liqasının 24-cü turu yarılandı. İkinci “altılıq” nümayəndələri bu gün Final mərhələsi çərçivəsində ikinci oyunlarına çıxdılar.

Azerisport.az xəbər verir ki, bu mini-turnir çoxları üçün maraqlı olmasa da, maraqlı məqamlardan xali deyil. Məsələn, kim bir neçə ay əvvəl ardıcıl qələbələrlə az qala çempionluğu hədəfləyən Simurqun bu gün evdə 0:3 hesabı ilə məğlub ola biləcəyini düşünərdi? Heç kim. Bu komanda ən iddiasız vaxtlarında belə evdə 3 top buraxmayıb, özü də Olimpikdən. Şüvəlanlılar son iki mövsüm ərzində - ilyarım sonra ilk dəfə (!) Simurqun qapısına yol tapdılar və bunda qonaqların gözəl oyunundan çox “sarı-qaralar”ın ruh yüksəkliyinin olmaması rol oynadı. Elə Roman Pokora da matçdan sonra bunu dedi. Lakin bu həvəssizlik nə qədər davam edəcək və komandanı hara aparacaq?

Sumqayıtda isə triller yaşandı. Əsl Hollivud filmlərinə xas süjet. Əslində, baş qəhrəman olan Turan 90 dəqiqə bunu büruzə vermədi, iki dəfə hesabda geri düşdü. Lakin gəldi, 90-cı dəqiqədə fərqləndi və Tovuza çox vacib 3 xalla qayıtdı. Turan uzun illərdir ki, iddialı deyil. Bununla belə, lazım gələndə xarakter nümayiş etdirmək həmişə bu kollektivə xas keyfiyyət. Bu keyfiyyətin növbəti qurbanı kim olacaq?

İndi isə Yevlaxa yollanırıq. Digər tərəfdən, ora yollanmağın elə bir mənası yoxdur. “Boz” kollektivlər – Karvan və Muğan 90 dəqiqə nə qədər çalışsalar da, rəqib qapısının qıfılını qıra bilmədilər. Şahidlər deyir ki, yevlaxlılar qələbəyə daha yaxın olub. Amma nə fayda? Hətta 90 istifadə olunmayan real qol vəziyyəti bir qola bərabər ola bilməz. Muğan isə səfərdən 1 xal dönməyi öz aktivinə yaza bilər. Görəsən, bu xallar axırda onlara kömək edəcəkmi?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.