21 mart 2010 00:44
Qələbəyə rəğmən səhvlərdən danışdı
Azerisport.az xəbər verir ki, bu gün səfərdə Standarda 3:2 hesabı ilə qalib gələn Turanın baş məşqçisi Nizami Sadıqov oyun barədə fikirlərini bildirib.
"Çətin və gərgin mübarizə şəraitində keçən oyun oldu. İki dəfə məğlub duruma düşsək də, yekunda qalib gəldik. Həm müdafiədə, həm də hücumda bir sıra səhvlərimizi oldu ki, onları da qarşıda aradan qaldırmağa çalışacağıq” – deyə Sadıqov bildirib.
