21 mart 2010 00:57
Tvente vacib xal qazandı
Vaqif Cavadovun komandası Eyndhovendən çox vacib 1 xalla dönüb. Azerisport.az xəbər verir ki, səfərdə PSV ilə görüşən Tvente 50-ci dəqiqədə hesabda geri düşsə də, 73-cü dəqiqədə Nkufo ilə status-kvonu bərpa edib. Həmyerlimiz yenə meydançaya çıxmayıb.
Bu heç-heçə ilə enshedelilər liderliyini qoruyub. 71 xal yığan Tvente PSV-ni 5 xal qabaqlayır.
