22 mart 2010 13:22
"Mahir Şükürov Anjidə uğur qazanacaq"
Azerisport.az-da növbəti sorğu başa çatıb.
Bir həftə ərzində “Mahir Şükürov bu mövsüm nəyə nail olacaq” sualına cavab verənlərin əksəriyyəti – 57% hesab edir ki, həmyerlimiz Anjidə uğur qazanacaq. 13% respondent onun mövsümün gedişində başqa Rusiya klubuna keçəcəyini, 11% isə komandanı tərk edəcəyini düşünür. Səs verənlərin 18% isə, ümumiyyətlə Vaqif Cavadova azarkeşlik edir.
