22 mart 2010 15:30
Qalatasarayın oyunçusu Numanın hərəkətini təkrarladı (FOTO)
Türkiyə çempionatının 27-ci turunun Trabzonspor – Qalatasaray oyununda qonaqların Fil Dişi Sahilindən olan hücumçusu Abdul Kader Keyta tribunalara ədəbsiz jest edib. Azerisport.az xəbər verir ki, Qalatasarayın oyunçusu matçın əvvəlində Beşiktaşın keçmiş hücumçusu Paskal Numanın Fənərbaxçaya vurduğu qoldan sonra etdiyi hərəkəti təkrarlayıb.
Xatırladaq ki, o zaman Numa qoldan sonra əlini tumanına salaraq tribunalara ədəbsiz jest göstərmişdi.
