22 mart 2010 12:45
Moldova ilə oyun baş tutacaq
Növbəti dəfə AFFA-ya müraciət edən Moldova Futbol Federasiyası Moldova yığmasının Avstriyada hazırlaşacağını və millimizlə yoldaşlıq oyunu keçirməyə hazır olduqlarını bildirib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, mayın 26-da, Avstriyada millimizlə Moldova yığması arasında yoldaşlıq oyunu keçiriləcək.
