22 mart 2010 12:53
Kovalyovdan daha bir quru oyun
Dünən Türkiyə Bank Asya birinci liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Anatoli Ponomaryovun komandası – Orduspor Karşıyakanı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb. Start heyətində çıxan Anatoli 55-ci dəqiqədə əvəzlənib,
Kartalspor isə evdə Mersin İdman Yurdu ilə qarşılaşıb. Matçda hesab açılmayıb. Həmyerlimiz Vitali Kovalyov 90 dəqiqə meydançada olub və növbəti dəfə qapısının toxunulmazlığını qoruyub.
