23 mart 2010 01:04

İnter: gözləntilər və qorxular

İnter möhkəm addımlarla ikinci çempionluğuna doğru irəliləyir. Çempionatın bitməsinə hələ 8 tur qalmış bunu müzakirə etmək tez olsa da, əslində, azerisport.az tamam başqa suala cavab axtarır.

İl ildən ağır gəlir. Bəs İnter üçün? Bir neçə mövsümdür ki, mükafatçılar sırasında və ya ona çox yaxın yerlərdə qərarlaşan “bankirlər” köhnə səhvlərini bu dəfə də təkrarlayacaqmı?

İnsaf naminə, builki İnter daha ağıllı, müdrik təsiri bağışlayır. Bunda heç şübhəsiz baş məşqçi Kaxaber Çxadadzenin böyük zəhməti və heyətinin əsasının artıq iki mövsümdür dəyişməz qalması rol oynayır. Heyətini hər il dəyişən klublar uğursuzluğa məhkumdur. Neftçi, Simurq misalı gözlərimizin önündədir. İnter rəhbərliyi isə, deyəsən, haqq yolunu tapıb.

Lakin digər tərəfdən komanda demək olar ki, hər mövsüm “möhkəm” olduğunu sübuta yetirsə də, mövsümün sonu, avrokuboklar zamanı gələndə gözümüzün önündə qorxaq kollektiv canlanır. İki il əvvəl Makedoniyanın Rabotniçki klubunu böyük əziyyətlə - səfər qolu (0:0, 1:1) hesabına keçən komanda Partizana xüsusilə ikinci qarşılaşmada aşkar məğlub oldu. Ötən yay isə vitse-çempionumuzun öhdəsindən Slovakiya Spartakı gəldi. Həmin Spartak ki, onu bir neçə il əvvəl Karvan bir ayaqla keçmişdi.

Ötənilki uğursuzluqları məşqçi postunda edilən dəyişikliklərlə əlaqələndirən klub rəhbərliyinin bu dəfə əsas gətirməyə bəhanəsi olmayacaq. Çxadadze komandanı çempion edib Avropaya çıxarsa, postunda qalacağı şübhəsizdir. Məhz onda ambisiyalı gürcüstanlı gənc mütəxəssisin əsl səviyyəsi üzə çıxacaq. Azərbaycanda qalib gəlmək yaxşıdır, amma səviyyəni Avropada da sübut etməlisən. Və çətin ki, Qarabağın qələbələrə öyrəşdirdiyi Azərbaycan futbol ictimaiyyəti bir mərhələ adlamağı böyük uğur hesab etsin.

Avrokubokları ölkə miqyası birinciliklərdən üstün tutmaqdan uzağıq. Əksinə, hesab edirik ki, məhz 9 ay davam edən milli çempionat eyibləri və üstünlükləri daha yaxşı göstərən güzgü rolunu oynayır. Lakin futbolu hələ də kiçik və zərif olan Azərbaycana Avropada tanınmaq lazımdır. Milli komandadan əlavə, bu iş həm də klubların öhdəsinə düşür.

İnter bu siyahıda birinci yerdə qərarlaşıb. Ən azından ona görə ki, bu komandaya indidən çox böyük avanslar verilir.

Hərçənd, bütün belə söhbətlər hipotetik xarakter daşıyır. Çempionat hələ bitməyib, qalib bir yana dursun, mükafatçılar müəyyənləşməyib. Bunun üçün daha iki aylıq yol gət etmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.