23 mart 2010 15:22
Böyükağa Hacıyev Bakıya qayıdır?
2005/06 mövsümündə Bakıya ölkə çempionluğu qazandıran Böyükağa Hacıyev Bakıya qayıda biləcəyi barədə söhbətlər yayılıb. Azerisport.az-ın kluba yaxın mənbələrdən aldığı məlumata görə, hazırda Standardı çalışdıran mütəxəssis yaxın günlərdə rəsmən baş məşqçi postuna təyin olunacağı gözlənilir.
Xatırladaq ki, 2005/06 mövsümündə mövsümün sonuna 8 tur qalmış baş Əsgər Abdullayev istefa vermiş və onu Böyükağa Hacıyev əvəzləmişdi. Nəticədə turnir cədvəlində 4-cü olan Bakı bütün oyunlarda quru hesablı qələbələr qazanaraq, çempion olmuşdu.
