23 mart 2010 15:27
Zeynal Məmmədov xəbərləri təkzib edir
Bakının baş meneceri Zeynal Məmmədov Böyükağa Hacıyevin Bakıya mümkün təyinatı ilə bağlı xəbərləri təkzib etdi.
“O, Standardın baş məşqçisidir və bu məsələ gündəmdə deyil. Hacıyevin adı namizədlərin siyahısında da yoxdur. Eyni sözləri Starkov barədə də deyə bilərəm” – azerisport.az-ın müxbiri ilə söhbətində Məmmədov belə dedi.
