23 mart 2010 00:35
Bülənt Qorxmaz Tunc Afşara görə istefa verib!
Bakının baş məşqçisi Bülənt Qorxmazın istefasının əsl səbəbləri açıqlanıb. Azerisport.az xəbər verir ki, mütəxəssis Türkiyə mətbuatına açıqlamasında ad çəkməsə də, Tunc Afşara eyham vurub
“Qovulmamışam, özüm istefa vermişəm. Səbəbi? Xəbərim olmadan klubun vitse-prezidenti toplantı çağırıb, və bu toplantıda, tekxiki, taktiki məsələlərdə danışıb, futbolçuları tənqid edib. Bunu öyrənən kimi dərhal istefa verdim. Əvvəlcə qəbul edilmedi, amma sonra bildilər ki, işimi davam etdirməyəcəm” – deyə Qorxmaz bildirib.
Qeyd etmək yerinə düşər ki, Bakının vitse-prezidenti Tunc Afşardır.
