24 mart 2010 13:45
"Hətta baş məşqçi dəyişikliyi də bizə problem yarada bilməz"
Bakının braziliyalı yarımmüdafiəçisi Venio klubun rəsmi saytına açıqlama verib.
“Hər bir oyunçu çıxış etdiyi məkanı dəyişərkən zamana ehtiyac duyur. İlk günlərdə mən də müəyyən problemlər yaşadım. Amma indi hər şey qaydasına düşür.
Növbəti oyunlarda azarkeşləri sevindirmək üçün daha çox çalışacağam. Komandamız həm çempionatda, həm də kubokda iddiasını davam etdirir. Çalışıb, şansımızdan istifadə etməliyik.
Mən Bakının bu mövsüm uğur qazanacağıma inanıram. Hətta baş məşqçi dəyişikliyi də bizə problem yarada bilməz. Növbəti oyunlarda toparlanıb, bütün gücümüzü meydanda qoyacağıq. Qarşıdakı Qəbələ matçında yeni qələbə seriyasının başlanğıcını qoymaq istəyirik” – azerisport.az xəbər verir ki, Venio belə deyib.
