Qalatasarayın məşhur futbolçusu həbs edildi (FOTO)
Türkiyədə oyun alqı-saytqısı və bukmeker kontorları ilə birgə nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı qalmaqal davam edir. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, polisin və mütəşəkkil cinayətkarlığa qarşı idarənin apardığı birgə əməliyyat nəticəsində İstanbul, Sivas və Konya şəhərlərində 7 məşhur futbolçu saxlanılıb. Bunların arasında həm karyerasını bitirənlər, həm də hazırda Superliqa klublarına çıxış edənlər var. Siyahıya Qalatasarayın və Türkiyə millisinin məşhur oyunçusu, hazırda İstanbul BŞB klubunda baş məşqçi köməkçisi kimi fəaliyyət göstərən Arif Ərdəmin də adı var. Tam siyahı belədir:
Arif Ərdəm, Umut Koçin (Sivassopr), Durmuş Bayram (Kayserispor), Ərman Kılıc (Sivasspor), Rəcəb Öztürk (Konyaspor), Kənan Hasagiç (İstanbul BŞB), Fatih Akyel (Qalatasaray, Fənərbaxça və Türkiyə yığmasının sabiq üzvü).
Araşdırmalar davam edir.
