24 mart 2010 19:29
Karvanın keçmiş məşqçisi yenə istefa verdi
Türkiyə Bank Asya 1-ci liqasında mübarizə aparan Konyasporun baş məşqçisi Fuat Yaman istefa verib. Azerisport.az xəbər verir ki, mütəxəssis komandanın ardıcıl uğursuzluqlarından və Superliqaya çıxmaq şanslarını faktiki olaraq, itirməsindən sonra bu addımı atıb.
Xatırladaq ki, Fuat Yaman vaxtilə Karvanda çalışıb və 2005/06 mövsümündə birinci turdan sonra istefa verib.
