24 mart 2010 19:54

Xaricdəki azərbaycanlıların ümumi qiyməti - 27 milyon dollar!

İndi Azərbaycandan kənarda 9 soydaşımız çıxış edir. Azerisport.az onların transfer qiymətlərini öyrənib.

Təəccüblənməyin, bu, səhv deyil; həqiqətən də əcnəbi klubların şərəfini 9 azərbaycanlı futbolçu qoruyur. Sadəcə, onlardan yalnız 7-si Azərbaycan yığmasının formasını geymək hüququna malikdir. Digər ikisi isə həmyerlimiz yox, soydaşımızdır; Aleksandr Əliyev (Lokomotiv Moskva) Rusiyada, Sərvət Çətin (Qalatasaray) isə Türkiyədə doğulub. Bunlardan Əliyev Ukrayna, Sərvət isə Türkiyə millisinin şərəfini qoruyur.

Lakin bütün bunlar onları azərbaycanlı saymamağımıza səbəb ola bilməz. Özü də, məsələn, Moskvada doğulub boya-başa çatan Aleksandr Səmədov (Dinamo Moskva) rusiyalı hesab olunsa da, hələ də onu Azərbaycan millisində görmək şanslarımız var. Futbolçu Rusiya yığmasının heyətində rəsmi görüşlərdə meydançaya çıxmayıb. Buna görə də hər şey AFFA-nın əlindədir…

Bəs digər 6 nəfər? Özünü sayın: Vaqif Cavadov (Tvente), Mahir Şükürov (Anji), Anatoli Ponomaryov (Orduspor), Vitali Kovalyov (Kartalspor), Branimir Subaşiç (Srvena Zvezda) və Emin Ağayev (Volqa Tver). İndi əmin oldunuzmu?

Ağlımıza balaca bir araşdırma aparmaq fikri gəldi. Öyrənmək istədik ki, görəsən, əncəbi klubların şərəfini qoruyan azərbaycanlı futbolçuların ümumi transfer qiyməti nə qədərdir? Bunun üçün Almaniyanın məşhur transfermakt.de saytının göstəricilərini əsas götürdük. Xatırladaq ki, futbolçuların transfer qiymətləri hesablanması zamanı ayrı-ayrı vaxtlarda açıqlanan məbləğlərdən əlavə, futbol agentlərinin verdiyi informasiya da nəzərə alınır.

Beləliklə, 9 azərbaycanlı futbolçunun ümumi transfer qiyməti 20 milyon avroya (27 milyon ABŞ dolları; 1 avro= 1,3473 dollar) bərabərdir! Əlbəttə, dünya futbolunda qiyməti bundan iki, üç dəfə artıq olan ayrı-ayrı futbolçular var. Amma razılaşın ki, bu heç də pis məbləğ deyil.

Təbii ki, ən bahalı futbolçular daha güclü klublarda çıxış edən “üçlük”dür. Siyahıya Sərvət başçılıq edir: 8,7 milyon avro. Əliyev ondan bir qədər az qiymətləndirilir – 6 milyon.

Yığmamızda çıxış etmək hüququ olan həmyerlilərimizdən trannsfer məbləği milyonu adlayan yeganə oyunçu Səmədovdur: 3,8 milyon avro. Subaşiç milyondan bir qədər az, 800 min avroya dəyərləndirilir.

Tam siyahı belədir (məbləğlər avro ilə göstərilib):

Sərvət Çətin – 8,7 milyon
Aleksandr Əliyev – 6 milyon
Aleksandr Səmədov – 3,8 milyon
Branimir Subaşiç – 800 min
Vaqif Cavadov – 250 min
Mahir Şükürov – 250 min
Anatoli Ponomaryov – 200 min
Vitali Kovalyov – 50 min
Emin Ağayev – 50 min.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.