24 mart 2010 20:38
Simurqun keçmiş kapitanı Kiyev Dinamosunu məğlub etdi
Bu gün Ukrayna çempionatında 21-ci turun bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, təhlükəli zonada qərarlaşan Zakarpatye komandası Ujqoroda lider Kiyev Dinamosunu qəbul edib və gözlənilmədən 1:0 hesabı ilə qalib gəlib. Simurqun keçmiş kapitanı, fevralda Zaqatala klubundan ayrılan Aleksandr Malıgin yenə 90 dəqiqə meydançada olub.
