25 mart 2010 14:05
Vaqif Cavadov finalın bir addımlığında dayandı (YENİLƏNDİ)
Dünən Hollandiya kubokunun yarımfinal mərhələsinin oyunu keçirilib. Azerisport.az xəbər verir ki, Tvente səfərdə Feyenoordla qarşılaşıb. Hesabı açmaqlarına rəğmən, enshedelilər ikinci hissədə öz qapılarında iki top görüblər və matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bununla da finala Feyenoord çıxıb.
Həmyerlimiz Vaqif Cavadovun adı yenə oyunun iştirak ərizəsinə salınmayıb.
