24 mart 2010 00:13
Mənsimov Beşiktaşa ulduzları bəxş edir
Xəzər Lənkəranın fəxri prezidenti Mübariz Mənsimov Beşiktaşın prezidenti Yıldırım Dəmirörənə söz verib ki, bir neçə məşhur futbolçunu transfer edəcək. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Milan Krasiç, Roman Pavlyuçenko və Rayan Babeldən gedir. Beşiktaşın azarkeşi olan Mənsimov transferlərə 25 milyon dollar ayırmağa hazırdır.
