24 mart 2010 00:31
Bu dəfə məğlubiyyət
Dubay şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az AFFA-ya istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri yığması ilə qarşılaşan millimiz 2:5 hesabı ilə məğlub olub. Millimizin hər 2 qolunu Elvin Quliyev vurub.
