25 mart 2010 13:57
"Komandamız xarakter nümayiş etdirəcək"
Bakının moldovalı müdafiəçisi Aleksey Savinov klubun rəsmi saytına açıqlamasında bildirib ki, komandasının çempionluq şansları qalır.
“Bu mərhələdə hər bir oyuna sonuncu matç kimi baxırıq. Çünki qazandığımız hər bir xal bizim mükafatçılar sırasına düşməyimiz üçün həlledici əhəmiyyətə malikdir. Baş məşqçi istefasından sonra geriyə yolumuz yoxdur. Növbəti oyunlarda bizi ancaq qələbə qane edir.
Komandamız xarakter nümayiş etdirərək, avrokuboklara vəsiqə qazanmağa layiq olduğunu sübut edəcək. Qoy, rəqiblərimiz indidən bizi hesabdan silməyə tələsməsinlər!” – azerisport.azz xəbər verir ki, Savinov belə deyib.
