25 mart 2010 17:00

6 böyük matç + XL - Neftçi

Bu həftəsonu dünyanın futbol azarkeşlərini 6 böyük oyun gözləyir. Azərbaycan azarkeşləri isə bir neçə ildir ki, ölkə futboluna damğasını vuran Xəzər Lənkəran – Neftçi duelini izləyəcəklər.
 
Azerisport.az xəbər verir ki, Azərbayca çempionatının 1 nömrəli oyunu nə görüşətrafı ajiotajı, nə mübarizənin tarixi, nə də lokal turnir hədəfləri baxımından uik-endin digər matçları ilə müqayisəyə də gəlməz. Amma Xəzər Lənkəran – Neftçi görüşü artıq 5 ildir ki, ölkənin ən böyük qarşıdurması sayılır. Son iki mövsümdə bunun gündəlik futbol həyatına təsiri bir qədər azalsa da...
 
Əvvəlcə xaricdəki derbilər barədə. Bu 6 oyunun hər biri sözün əsl mənasında derbi deyil. “Derbi” anlayışı İngiltərə meydana çıxıb və hərfi tərcüməsi “bir şəhərin iki komandasının mücadiləsi” deməkdir. Lakin son illər bu anlayış bir qədər geniş anlam alıb və ölkənin iki ən güclü komandasının mübarizəsi də məhz “derbi” adlandırılır. Bu komandaların ayrı şəhərləri təmsil etsələr də.
 
Bu gün dünyanın gözü Buenos-Ayresdə olacaq. Futbol qurmanlarını fantastik Boka Xuniors – River Pleyt matçı gözləyir! Bu oyunla planetin dörd bir yanının futbol azarkeşlərini bir-birindən gözəl “desert”lər gözləyir. Bəzi matçlara az adam baxacaq, digərlərinə bir qədər çox. Amma İtaliya, Almaniya, İspaniya, Türkiyə və Rusiya üçün bu həftənin önəmi böyükdür. Diqqət yetirin: Roma – İnter (27 mart), Bayer Leverkuzen – Şalke (27 mart), Real Madrid – Atletiko Madrid (28 mart), Spartak Moskva – Lokomotiv Moskva (28 mart), Qalatasaray – Fənərbaxça (28 mart). Bu oyunların fonunda Azərbaycan azarkeşi üçün Xəzər Lənkəran – Neftçi dueli heç nə ilə əksik deyil.
 
O başqa məsələ ki, bu gün bu derbinin aktuallığı bir qədər azalıb. Neftçi artıq iki-üç mövsümdür ki, xeyli uzanmış böhrandan çıxmağın yollarını axtarır. XL isə İnterlə yanaşı çempionluq uğrunda mübarizə aparır. Amma orta statistik Lənkəran futbol azarkeşini Neftçinin neçənci yerdə olduğu nə qədər maraqlandırır? Heç nə qədər. Əsas odur ki, Neftçidir.
 
Bakıda ajiotaj o qədər yüksək deyil. Çünki kiçik Lənkərandan fərqli olaraq, böyük paytaxt əhalisinin vaxtını səmərəli keçirmək üçün futboldan başqa onlarla məşğuliyyəti var. Elə həmçinin bu üzdəndir ki, milli çempionatın oyunları Bakıda çox kiçik auditoriya toplayır.
 
Lənkəranda möhtəşəm ab-hava gözləməyə dəyər. Biz isə bu həftəsonu televizor qarşısında əyləşib bir-birindən çox nəfəskəsən matçları izləyək. Tamaşaya bu gecədən – Boka Xuniors – River Pleyt superderbisindən başlayaq.
 
Derbilərin tam proqramı (saatlar Bakı vaxtı ilə göstərilib):
 
 
26 mart, 01.45. Boka Xuniors – River Pleyt
27 mart. 21.00. Roma – İnter
                21.30. Bayer L – Şalke
28 mart. 15.00. Spartak – Lokomotiv
                22.00. Qalatasaray – Fənərbaxça
                00.00. Real M – Atletiko M
 
Futbol belə oyunlarla gözəlləşir!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.