25 mart 2010 23:33
Azərbaycan, Çexiya və Fransa xanımları "Tofiq Bəhramov"da
Qadınlardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 27-də, saat 14:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Çexiya milli komandaları qarşılaşacaq. Azerisport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, oyunu Fransanı təmsil edən hakimlər briqadası -Florens Qiylemen, Karin Viv-Solana və Solen Bartnik idarə edəcəklər.
