25 mart 2010 23:35
Türkiyə və Azərbaycan aprelin 14-də qarşılaçacaqlar
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Türkiyənin Eskişehir şəhərində baş tutacaq matçların təqvimi aşağıdakı kimidir:
14 aprel, saat 18:00 (saatlar Bakı vaxtı ilə göstərilib). Atatürk stadionu
Türkiyə – Azərbaycan
16 aprel, saat 18:00. Anadolu Universiteti stadionu
Norveç – Azərbaycan
19 aprel, saat 18:00. Anadolu Universiteti stadionu
Azərbaycan – İspaniya
