26 mart 2010 13:27
Anji - ÇSKA oyunu İtaliyada canlı yayımda
İtaliyanın SKY Sport telekanalı Rusiya Premyer Liqasının Anji- ÇSKA matçını canlı yayımlayacaq. Azerisport.az xəbər verir ki, bu barədə bobsoccer.ru saytı məlumat yayıb.
Matç bu gün Bakı vaxtı ilə saat 20:15-də başlayacaq. Xatırladaq ki, ötən tur Amkarla görüşdə qırmızı vərəqə alan Mahir Şükürov bu matçı buraxır.
