26 mart 2010 13:59
Respublika stadionunu hansı rus futbolçu bəyənməyib? (FOTO)
Moskva Lokomotivinin və Rusiya yığmasının müdafiəçisi Oleq Kuzmin Rusiya mətbuatına müsahibəsində Bakıda keçirilən Azərbaycan – Rusiya matçından da danışıb. Azerisport.az xəbər verir ki, futbolçu Tofiq Bəhramov adına Respublika stadionu çox da bəyənməyib: “Deməzdim ki, indiyədək olduğum stadionların ən yaxşısı idi, amma normal demək olar. Hər halda, yerli ölçülərə görə pis stadion deyil. Milli komandaya Bakıda çox böyük maraq var idi, avtoqraflar verirdik, azarkeşlər çox yaxınlaşırdılar”.
