Avropanın ən ucuz lideri
Bu mövsüm göstərdiyi möhtəşəm oyunla Türkiyə Superliqasında liderliyini qoruyan və çempionluğa ən real namizədlərdən olan Bursaspor Avropanın ən ucuz komandalardan biridir. Təbii ki, Köhnə qitənin güclü birinciliklərinin liderləri ilə müqayisədə.
Azerisport.az xəbər verir ki, bu sahədə araşdırmalar aparan Türkiyə mətbuatı bu qərara gəlib. Məşhur transfermarkt.de saytı göstərir ki, İspaniya, İtaliya, İngiltərə, Fransa, Almaniya, Rusiya, Portuqaliya, Hollandiya, Ukrayna, Yunanıstan, Belçika və Şotlandiya çempionatlarında hazırda birinci yeri tutan bütün komandalar Bursasporu büdcəsinə görə qabaqlayır.
Ən böyük fərq təbii ki, Madrid Realı ilədir. Fər nə az, nə çox – düz 438 milyon (!) avroya bərabərdir. Özünüz baxın: Bursasporun futbolçularının ümumi qiyməti 35 milyondursa, “Kral klubu”nun oyunçuları üst-üstə 473 milyon dəyərində qiymətləndirilir. Maraqlıdır ki, tək Kriştiano Ronaldonun qiymətinə (75 milyon avro) iki Bursaspor kimi klub saxlamaq olar.
Parabola – məbləğ fərqinin azalması üzrə hərəkət etsək, siyahıda “ikinci” yerdə Mançester Yunaytedin olduğunu görərik. “Mankunianlar”ın ümumi qiyməti 377 milyon avrodur. Müvafiq olaraq, “timsahlar” “qırmızı şeytanlar”ın qiymətləri arasında fərq 342 milyona bərabərdir.
İtaliya A seriyasının lideri İnterlə Bursaspor arasında da böyük üçurum var. “Neradzurri” 354 milyon avroya dəyərləndirilir.
Tam siyahı belədir (məbləğlər avro ilə):
