26 mart 2010 17:40
Əfran İsmayılov meydançaya qayıdır
Unibank Premyer Liqasının 25-ci turunda İnterlə qarşılaşacaq Qarabağ oyunun hazırlıqlarını bu gün yekunlaşdıracaq. Artıq Ağdamda olan Qarabağ komandası bu gün oyunun keçiriləcəyi Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda oyunöncəsi son məşqini keçirəcək.
Azerisport.az PFL-in rəsmi saytına istinadla xəbər verir ki, bir müddət zədəli olan Əfran İsmayılov və Rauf Əliyev də komanda ilə birgə məşqlərə qatılır. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə hər iki futbolçunun meydana çıxa biləcəyi bildirilir.
