26 mart 2010 17:50
Simurqun bombardiri Turanla oyunu buraxır
Ruslan Qunçak bu şənbə günü “Unibank” Premyer Liqasının 25-ci turunda keçiriləcək Turan – Simurq oyununu buraxacaq. Azerisport.az xəbər verir ki, futbolçu ötən tur Olimpik-Şüvəlanla görüşdə 4-cü sarı vərəqəsini alıb və reqlamentə əsasən, bir matçı buraxmalıdır.
Qeyd edək ki, bu mövsüm 7 qol vuran müdafiəyəmeylli yarımmüdafiəçi Simurqun ən yaxşı bombardiridir.
