26 mart 2010 18:00
Superderbiyə bütün biletlər satılıb (FOTO)
Türkiyədə Qalatasaray – Fənərbaxça superderbisinə saatlar qalmış azarkeşlərin fəallığı artıb. Azerisport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün qonaq Fənərbaxça azarkeşlərin ayrılan 1162 bilet cəmi iki saat ərzində satılıb qurtarıb. Dünən isə Qalatasaray fanatları bir neçə saat ərzində bütün biletləri almışdılar. Həmişəki kimi, bu dəfə də “Ali Sami Yen” stadionunda anşlaq olacağı şübhəsizdir.
