26 mart 2010 18:08
“Vitali Kovalyov qapıda istirahət etdi”
Ötən tur Türkiyə Bank Asya 1-ci liqasının 27-ci turunda evdə Mersin İdman Yurdu ilə qolsuz bərabərə qalan Kartalspor qapısını qoruyan Vitali Kovalyov yenə də ümidləri doğruldub. Azerisport.az xəbər verir ki, Türkiyə mətbuatı həmyerlimizin ardıcıl ikinci oyunda qapısının toxunulmazlığını qorumasını qeyd edib: “Ötən həftə səfərdə Karşıyakaya qalib gəldikləri oyunda komandasının ən yaxşısı olan Vitali bu dəfə start heyətində yer almışdı. O, ardıcıl ikinci dəfə qapısında top görmədi. Ümumiyyətlə, demək olar ki, Vitali matçına ayaq üstə keçirdi. Bir neçə dəfə oyuna daxil olsa da, əsasən qapısında istirahət etdi”.
