26 mart 2010 23:17
Anji Şükürovsuz yenildi
Bu gün Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Anji evdə ÇSKA ilə qarşılaşıb. Birinci hissədən sonra meydan sahibləri Streltsovun qolu ilə 1:0 hesabı ilə üstün olmalarına rəğmən, Nesid və Hondanın qolları “hərbçilər”ə qələbə gətirib – 2:1.
Xatırladaq ki, ötən tur qırmızı vərəqə alan Mahir Şükürov görüşdə forma geyməyib və bu oyunla cəzasını başa vurub.
