27 mart 2010 00:02
Qarabağın problemi: rəhbərliyin transfer siyasəti
Azerisport.az-da sorğu başa çatıb.
Bir neçə gün ərzində “Ardıcıl 3 dəfə məğlub olan Qarabağın problemi nədir” sualını cavablayan respondetlərin ən böyük hissəsi – 24%-i bildirib ki, günahkar yanlış transfer siyasəti həyata keçirən rəhbərlikdir. 21% respondent səbəbi “futbolçuların həddən artıq yükləməsi”ndə, 20% isə komandanın düşdüyü “qara zolaq”da görür. 13% səsverən digər kluba azarkeşlik edir, 10%-i problemi “baş məşqçinin təcrübəsizliyi”ndə görür, 9% “komandanın ümumi potensialının aşağı olması”nı önə çəkir, 3% isə “liderlərin zəif oyunu”ndan danışır.
